“Bir də görürdün ki, nəfəsim çatmırdı, təngənəfəs olurdum”

"Tək meyxanada deyil, ümumiyyətlə Azərbaycan incəsənətində rəqabət yoxdur, ədavət var".

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu qonaq olduğu "El canlı" verilişində deyib.

Sənətçi bildirib ki, həmkarları ilə toylara getsə də amma onlar heç zaman bunu heç yerdə deməyilər:

"Meyxana aləmində beşlik var. İlk beşlikdə qalmamağımın səbəbi müəyyən məsələlərdir. O zamanlar ilk beşlikdə Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatanlı, Vüqar Əbdülov... Təkəbbürlü çıxmasın o siyahıda mən də vardım. Biz ən azı 3 il sərasər toylara getmişik. Sonra bizlə yanaşı Ələkbər Yasamallı olub. Bunu danmaq olmaz... Belə də olurdu ki, üçümüz bir toya, ikimiz digər toya. Çox olurdu... Amma onlardan heç biri mənim adımı çəkməyib. Heç biri demirdi ki, Rüfətlə biz toya getmişik. Onun səbəbini də bilmirəm. Hərənin bəlkə də öz səbəbi və arqumenti var. Hərənin öz "kabinkası" və "kuzası" var".

Söz xiridarının sözlərinə görə, onun çox sayda dəyişmələrdə iştirak etməməsinin səbəbi təngənəfəsliyinin olmasıdır:

"Xüsusi dəyişmələrdə mənim iştirak etməməyimin səbəbi orqanizmimdə olan problem idi. "Təb böhranı" deyil. Təb hər zaman üzərimdədir. Meyxanada mən heç zaman arxaya qalmamışam. Hamı bilirdi ki, mənim nəfəs almağımda problemim var. Bir də görürdün ki, meyxanaçılardan kimsə tez-tez meyxana deyirdilər. İki dənəyə çatdırırdım, amma üçüncüyə çatdıra bilmirdim. Məcbur olurdum oturan yerdə deyirdim. Ayaqüstə deyəndə isə nəfəsim çatmırdı, təngənəfəs olurdum. Ev yiyəsinə isə bu kimi şeylər maraqlı deyil. Onu nəticə maraqlandırır. Deyəcək ki, xəstəsən məclisimə gəlmə. Gəlmisənsə pul vermişəm meyxananı de. Mən də oturub meyxana deyirdim. Ən pisi isə odur ki, bəzi sənət yoldaşlarım bilərəkdən tez-tez "Sən meyxananı oturaraq deyirsən" deyirdilər. Bu isə ev yiyəsi və tamaşaçıda qıcıq yaradırdı".

22.05.2024 13:29
3408