Türkiyəli məşhur müğənni Murat Başaran bir müddətdir sevgili olduğu iş qadını Aytən Öztürklə ailə həyatı qurub.
Musavat.com xəbər verir ki, məşhur cütlüyü sənətçi dostları da tək qoymayıb.
Cütlüyün şahidliyini Ahmet Selçuk İlkan, Ömür Gedik və Polat Yağcı öz üzərinə götürüb.
Nikah mərasimindən sonra Başaran və Öztürk oteldə ziyafət keçiriblər. “Bir daha evlənməyəcəm” deyən müğənni bununla da ikinci dəfə nikah masasına əyləşib.
Qeyd edək ki, Murat Başaran 2013-cü ildə evləndiyi Pınar Başarandan boşanıb.
Musavat.com