Türkiyənin Yozgat vilayətində bir-birini təpikləyən qızların davası bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub.
Musavat.com xəbər verir ki, yerdə sürüklənən gənc qızları ətrafdakılar çətinliklə ayırıblar.
Yozqatın Çekerek səmtində Atatürk bulvarında üz-üzə gələn gənc qızlar arasında naməlum səbəbdən mübahisə düşüb.
Bir müddət davam edən mübahisə qısa zamanda davaya çevrilib. Qızlar bir-birini təpiklə vurublar. Ətrafdakı insanların müdaxiləsi ilə qızları ayırmaq mümkün olub.
Musavat.com