Bir aydır xəstəxanada saxlanılan kimsəsiz şəxs öldü

Bakıda bir aydır xəstəxanada saxlanılan şəxs vəfat edib.

Musavat.com xəbər verir ki, iyulun 9-da Rusiya vətəndaşı, tüfeyli həyat tərzi sürən A.Əliyev təcili tibbi yardım maşını ilə Qaradağ rayonunda yerləşən 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. Uzun müddət müalicə olunan şəxs avqustun 8-də vəfat edib. Onun insult xəstəliyinin fəsadları səbəbindən həyatını itirdiyi bildirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

09.08.2024 10:00
632