Bir ay əvvəl intihara cəhd edən şəxs özünü öldürdü

Zaqatalada intihar hadisəsi baş verib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Xəlilov Musa Xəlil oğlu Zaqatala şəhərində yaşadığı evin həyətində özünü asıb.

Məlumata görə, 50 yaşlı Musa Xəlilov iyunun 12-də də rayonun Car kəndi ərazisindəki məscidin həyətində kəsici alətlə boyun nahiyəsinə xəsarət yetirib. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M.Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

06.07.2023 18:48
646