Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb.
Musavat.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb. S.Balakişiyev narkotikləri “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrədən birinin vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.