Binəqədidə daha bir YANĞIN

Binəqədi rayonunda yanğın baş verib.

FHN-dən Musavat.com-a verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 250 m² olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 m² sahədə, bitişik sahəsi 25 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16.01.2024 15:50
1023