Bakının Binəqədi rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Əsgərova Xədicə Ağasən qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.