Bakının mərkəzində, “Yeni Həyat” elit yaşayış kompleksində Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov vandalizm aktı törədib.
Musavat.com Haqqın.az-a istinadən xəbər verir ki, internetdə yayılan görüntülərdə Bağırovun liftin düymələrini necə sındırdığı görünür. Yüksək vəzifəli məmurun bu davranışının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Zamiq Bağırov Azərbaycan prezidentinin 2023-cü il yanvarın 12-də sərəncamı ilə hakim təyin edilib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com