“Bilmirdim ki, anam xərçəngdən dünyasını dəyişə bilər” - VİDEO

"Anam üçün çox darıxıram. Ən çox da birlikdə harasa getməyimiz üçün. Ən xoşuma gələn xatirələrdən biri isə Türkiyəyə getməyimiz, orada gəmidə oturub söhbət etməyimiz idi".

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri mərhum aparıcı Natəvan Babayevanın oğlu Əşrəf Tağıyev "O üz" verilişində deyib.

"Anam xəstə olanda ev işlərində də ona kömək edirdim. Əslində bu xəstəliyin ağır olduğunu bilirdim, amma bilmirdim ki, anam dünyasını dəyişə bilər. Özünü elə aparırdı ki, elə bil xəstəliyi yoxdur. Xəstəxanada olanda mənə hamı deyirdi ki, hər şey yaxşı olacaq. Hamı oradan çıxanda nədənsə ağlayırdı, artıq başa düşdüm ki...", - deyə o əlavə edib.

Xatırladaq ki, 1977-ci ildə anadan olan N.Babayeva BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər ANS-də, 2016-cı ilin sonlarından isə AzTV-də aparıcı kimi fəaliyyət göstərib. O, iyulun 20-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

Daha ətraflı videoda:

 

21.11.2023 14:07
858