"Süni intellektin (AI) yaratdığı potensial təhlükələr bu texnologiyanı nüvə və bioloji silahlarla eyni səviyyəyə çatdırır".
Musavat.com xəbər verir ki, bu fikri milyarder, "Microsoft"un yaradıcısı Bill Qeyts Britaniyanın "Daily Mirror" qəzetinə deyib.
"Biz böyük irəliləyiş əldə etmişik: iqlim dəyişikliyi, nüvə silahları, bioterrorizm və süni intellekt. Mən süni intellektin inkişaf sürətini heyrətamiz və bir az qorxulu hesab edirəm", - o bildirib.
Qeyts qeyd edib ki, süni intellekt yaxşı məqsədlər üçün, o cümlədən təhsil və tibbi xidmətlərə çıxışı asanlaşdırmaq üçün istifadə edilə bilər.
Bundan əvvəl Bill Qeyts "The Independent" qəzetinə müsahibəsində demişdi ki, süni intellekt bəşəriyyətin bütün digər texnoloji və elmi nailiyyətlərindən daha çox cəmiyyəti dəyişəcək və müxtəlif ölkələrin hakimiyyət orqanları bu prosesə müdaxilə etməli olacaqlar. Onun fikrincə, süni intellekt texnologiyasının "tavanı yoxdur" və gələcək süni intellekt inqilabı bəşəriyyətin mövcud olduğu tarix boyu inkişafında əvvəlki sıçrayışlardan fərqli olaraq, cəmiyyəti daha böyük dərəcədə islah edəcək.
Musavat.com