Bill Qeytsdən dünyanı qorxuya salacaq növbəti XƏBƏRDARLIQ

ABŞ-li milyarder, "Microsoft"un qurucusu Bill Qeyts ola biləcək iki fəlakət barədə dünyaya xəbərdarlıq edib.

O, bu barədə "CNBC Make It"ə müsahibəsində bildirib.

"İndiki dünyada həddindən artıq iğtişaşlar "böyük müharibəyə" səbəb ola bilər. Böyük müharibədən qaçsaq da, yaxın 25 ildə daha bir pandemiya olacaq",- deyə Bill qeyd edib.

ABŞ-ni də tənqid edən Qeyts "Dünyanın liderlik etməsini və örnək olmasını gözlədiyi ölkə bu gözləntiləri doğrulda bilmədi" sözlərini söyləyib.

Qeyts 2022-ci ildə "Növbəti pandemiyanın qarşısını necə ala bilərik?" adlı kitab yazıb.//Baku.ws

12.09.2024 13:13
2411