Türkiyəli araşdırmaçı və yazar Murat Akan "Microsoft"un qurucusu Bill Qeyts ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasındakı əlaqəni açıqlayıb.
Publika.az xəbər verir ki, Murat Akan sosial media hesabında İmamoğlunun yeni layihəsi ilə bağlı xəbərdarlıq edib.
"Hökumətə yaxın media qurumları İmamoğlunun Roma səfərini haqlı olaraq tənqid etsə də, HPV peyvəndi kampaniyası ilə bağlı bir kəlmə də demirlər", - yazar bildirib.
"İmamoğlunun bələdiyyə büdcəsindən ödədiyi bu peyvəndin bir dozası 500-4000 TL-dir. Vaksin Türkiyənin milli peyvənd proqramında yoxdur. Bu kampaniya Bill Qeytsin mayın 6-da çağırışından sonra başladı. Bu, xüsusilə 9-26 yaş arası qadınlar üçün nəzərdə tutulur. Ölkəmizdə HPV pozitiv xəstələrdə xərçəng diaqnozu nisbəti 4 faizdir", - Akan əlavə edib.
O bildirib ki, Türkiyə uşaqlıq boynu xərçənginə görə 166 ölkə arasında 153-cü yerdədir:
"Qadın əhalisinə görə ölüm nisbəti 0,000043 faiz təşkil edir. Hər il və ya hər 5 ildən bir edilən sadə testlə erkən diaqnoz qoyularsa, ölüm nisbəti 0 faiz ola bilər. Monoqam insanlarda HPV virusuna yoluxma faizi sıfıra yaxındır. Bəs bu vaksin niyə bələdiyyə tərəfindən hazırlanır?”.
Qeyd edək ki, sözügedən peyvəndlə bağlı rəsmi qurumlardan açıqlama veriləcəyi gözlənilir.