Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.
Musavat.com report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar rayonunun ən yaşlı sakini idi.