Biləsuvarda yük avtomobilləri aşdı - FOTO

Biləsuvarda iki yük avtomobili aşıb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt- Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Naxçıvana yanacaq daşıyan, Sərvər Həsənovun idarə etdiyi dizel yüklü abtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb, yanacağın bir hissəsi yol kənarına dağılıb.

Oradan bir neçə yüz metr məsafədə isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti matrealları ilə yüklü "Shacman" markalı avtomobil yol kənarına aşıb.

Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Sürücülər yolun iriqabaritli avtomobillər üçün təhlükəli olduğundan xəbərsiz olublar.

Faktla bağlı araşdırma aparılır.

28.08.2024 17:55
322