Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Musavat.com apa-ya istinadən xəbər verir ki, bunlar "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Şahin Möhbü oğlu Fətullayev və avtomobildə sərnişin qismində olan 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Bəymirzə Yəhya oğlu Mərdanovdur.
Yaralılar isə Biləsuvar rayon Mərkəzi xəstəxanasında müalicələrini davam etdirirlər.