İstanbulda sərxoş iki qrup arasında çıxan davada bir nəfər bıçaqla yaralanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Büyükçekmece çimərliyində sərxoş iki qrup arasında çıxan mübahisə bıçaqlı davaya çevrilib.
Dava zamanı spirtli içki qəbul edən şəxs bıçaqla xəsarət alıb. Qanlar içində olan şəxs təcili yardım gözləyərkən skamyada oturaraq yuxuya gedib.Bu anları ətrafdakılar telefonla lentə alıb.
Polis hadisə ilə bağlı araşdırma başladıb.