"Bəzi müəllimlər anbar sözünü "ambar" kimi yazır" - Nazirdən sərt açıqlama

"Hələ də bəzi müəllimlər "anbar" sözünü "ambar" kimi yazır".

Musavat.com-un xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsilverənlərin sertifikasiya imtahanlarında müəllimlər daha çox sözlərdə hərflərin ardıcıllığı ilə bağlı suallara səhv cavab verib. Bu göstərici 18 faiz təşkil edir.

Afaq Mirayiq,
Musavat.com

07.09.2022 12:50
1397