Beyrutda dron zərbəsi nəticəsində HƏMAS-ın iki komandiri ölüb

İsrailə məxsus dronun zərbəsi nəticəsində Livanın paytaxtı Beyrutda “İzzəddin Əl-Qəssam” briqadasının iki komandiri ölüb.

“Report” xəbər verir ki, bu barədə “Al Aqsa” telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha öncə HƏMAS-ın siyasi bürosunda sədr müavini Saleh əl-Arurinin öldürüldüyünə dair məlumat yayılmışdı.

02.01.2024 23:45
445