Hizbullah İsrailə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Hizbullah qeyd edib ki, əgər Beyruta hücum etsəniz, Təl-Əvivi vuracağıq. Hizbullah xəbərdarlıq mesajında İran istehsalı olan "Qadir-1" ballistik raketini nümayiş etdirib.
"Qadir-1" ballistik raketi
Bu xəbərdarlıq görünür İsraili qorxuda bilməyib və hazırda İsrail Ordusu Beyruta ardıcıl aviazərbələr endirir. Beyrut hazırda alovlar içindədir.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır.
İsrailin Beyrutu bombalaması ilə bağlı görüntüləri təqdim edirik: