Beynəlxalq Valyuta Fondundan Rusiya ilə bağlı QƏRAR

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya hökuməti ilə məsləhətləşmələrə başlanmasını təxirə salıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, qurum öz nizamnaməsinin dördüncü maddəsinə əsaslanaraq, Rusiya iqtisadiyyatının illik icmalı çərçivəsində müvafiq məlumatların toplanması və təhlili zamanı Rusiya hakimiyyət orqanları ilə məsləhətləşmələri təxirə salmaq qərarına gəlib.

“Biz bütün lazımi məlumatları toplayandan və hərtərəfli məsləhətləşmələr üçün təhlil aparandan sonra Rusiya ilə 4-cü maddə üzrə məsləhətləşmələr təxirə salınır”, - məlumatda deyilir. 

Qeyd edək ki, BVF sentyabrın 12-də Rusiyada iqtisadi vəziyyətin sabitləşməsi ilə əlaqədar fondun nizamnaməsinin 4-cü maddəsi əsasında Rusiya iqtisadiyyatının illik icmalı çərçivəsində məsləhətləşmələrin bərpa olunacağını elan edib:

“Maddə 4 seçim deyil, fond üçün təşkilatın bütün üzvlərinin maraqları naminə həyata keçirilən institusional öhdəlikdir”.

BVF bildirmişdi ki, sentyabrın 16-da Rusiya hakimiyyəti ilə müzakirələr videoformatda başlayacaq. Fondun nümayəndələrinin Rusiyaya ilk səfəri oktyabrın 1-nə planlaşdırılırdı. İlk təkbətək görüşün üçüncü ölkədə keçirilməsi variantı da təklif olunmuşdu. Lakin BVF-nin bu qərarı Avropa və bütövlükdə Qərbdə böyük narazılığa səbəb oldu. Avropa İttifaqı ölkələrinin bir qrupu BVF-nin icraçı direktoru Kristalina Georgiyevaya müraciət edərək Ukraynada işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən təcrid olunması siyasətinin əksinə olan qərarın ləğvini istəmişdi.

Musavat.com

18.09.2024 18:57
551