Beynəlxalq Valyuta Fondu kasıb ölkələrə yardım üçün nəzərdə tutulan trast fonduna 30 milyard dollar toplayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı BVF-nin icraçı-direktoru Kristalina Georgiyeva açıqlayıb.
O bildirib ki, fondun vəsaitləri sıfır faizlə kasıb ölkələrə təqdim olunur: "Pandemiya başlanandan bəri biz trast fond vasitəsilə kreditləşmənin həcmini təxminən 10 dəfə artıraraq 30 milyard dollara çatdırmışıq. Bu vəsaitlərin toplanmasında 40-a yaxın ölkə iştirak edib. Onlardan 56 ölkə, əsasən Afrikanın kasıb dövlətləri yararlanıb".
BVF rəhbərinin sözlərinə görə, növbəti ildə fondun həcmino 40 milyard dollar çatdırmağı hədəfləyirlər.
Musavat.com