2024-cü ildə qlobal neft tələbatı ötən illə müqayisədə sutkada 921 min barel artacaq.
Musavat.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında əksini tapıb.
Bir ay əvvəl o, bu rəqəmi 862 min barel səviyyəsində proqnozlaşdırmışdı. Beləliklə, analitiklər tələb artımı təxminlərini sutkada 59 min barel artırıblar.
Agentliyin ekspertləri 2023-2025-ci illərdə tələblə bağlı gözləntilərinə yenidən baxıblar. Onların fikrincə, ötən il bu, demək olar ki, sutkada 101,9 milyon barel (oktyabr təxmini - 101,98) təşkil edib, 2024-cü ildə bu rəqəmin 102,81 milyon barel (əvvəlki hesablama - 102,84 milyon barel), 2025-ci ildə isə 103,81 milyon barel olacağı gözlənilir(103,84 milyon barel).
Beləliklə, IEA analitiklərinin 2025-ci ildə qlobal neft tələbatının artımı proqnozu ilə bağlı təxminləri sutkada cəmi 8 min barel azalıb: 998 min bareldən 990 min barelə qədər: "Hər iki ildə sutkada 1 milyon bareldən aşağı olan artım tempi 2023-cü ildəki 2 milyon barel artımdan əhəmiyyətli dərəcədə yavaşladığını göstərir. Neft istehlakı yenidən qlobal iqtisadiyyatın pis vəziyyətini əks etdirir, pandemiya ilə əlaqədar gecikmiş tələbin bərpası keçib".
Müşahidə olunan qlobal neft ehtiyatları sentyabrda 47,5 milyon barel azalıb ki, bu da yanvar ayından bəri ən aşağı səviyyədir. Bu, əsasən, quruda neft ehtiyatlarının azalması ilə bağlıdır - 58,7 milyon barel, tankerlərdəki ehtiyatlar isə mart ayından bəri ilk dəfə 11,2 milyon barel artıb.
Musavat.com