Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə dünyada neftə olan tələbatla bağlı proqnozlarına dəyişiklik edib.
Musavat.com xəbər verir ki, agentlik birinci rübdə qeyri-OPEC ölkələrindən neft təklifi proqnozunu sutkada 100 min barel artıraraq 102 milyon barelə çatdırıb, 2024-cü ilin sonu üçünsə isə 900 min barel azaldıb - 102,9 milyon barelə salıb.
Bundan əvvəlki proqnozunda Agentli cari ilin sonunda bazarda gündəlik neft təklifinin tələbdən 0,8 milyon barel çox olacağını gözləyirdisə, indi OPEK+ razılaşması çərçivəsində hasilatın indiki templəri saxlanacağı təqdirdə, tələbin təklifdən 300 min barel yüksək olacağı qənaətindədir.
BEA-nın hesablamalarına görə, kommersiya neft ehtiyatları fevralda 47,1 milyon barel və ya sutkada 1,6 milyon barel artaraq, yanvardakı kəskin azalmanı (48 milyon barel) kompensasiya edib. Qırmızı dəniz vasitəsilə daşımaların dayandırılması nəticəsində ilkin məlumatlar göstərir ki, dənizdə tankerlərdə saxlanan neft ehtiyatları 84,7 milyon bareldən çox artıb. Bunun əksinə olaraq, quruda ehtiyatlar ardıcıl yeddinci aydır ki, azalıb.
BEA-nın yeni proqnozlarının açıqlanması neft bazarında qiymət artımını sürətləndirib. Hazırda Brent etalon markası 84 dollaran yuxarı ticarət olunur.
Musavat.com