Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycanla bağlı ƏDALƏTSİZ QƏRAR

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair qərarını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə sədri qısa şəkildə münaqişənin tarixçəsinə toxunaraq, tərəflərin keçmiş SSRİ respublikaları olduğunu xatırladıb.

O, Ermənistanın "Dağlıq Qarabağ", Azərbaycanın isə Qarabağ adlandırdığı ərazinin əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyini və bu ərazinin Azərbaycanın tərkibində olduğunu vurğulayıb. 

Azərbaycan iki əsas etiraz irəli sürüb: birincisi, tərəflər arasında artıq danışıqlar aparıldığı və məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığı. Məhkəmə tərəflər arasında 2021-ci ildə iki dəfə görüş keçirildiyini və Azərbaycanın bu arqumentini inandırıcı saymayıb. Məhkəmə hətta Ermənistanın məsələnin həlli üçün kifayət qədər səy göstərdiyini iddia edib.

İkinci etiraz məhkəmənin səlahiyyətlərinə aid olub. Məhkəmə Ermənistanın irəli sürdüyü tələblərin etnik diskriminasiya çərçivəsində dəyərləndirilə biləcəyini və məhkəmənin səlahiyyətlərinə aid olduğunu bildirib.

Beynəlxalq Ədalət Məhkəməsi hər iki ilkin etirazın rədd olunması barədə qərar qəbul edib: birinci etiraz 16:1, ikinci etiraz isə 15:1 səslə rədd edilib.

Musavat.com

12.11.2024 19:28
14361