Beynəlxalq Cinayət Məhkəməsi Rusiya generallarının həbsinə qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın uzaqmənzilli aviasiyasının komandiri general-leytenant Sergey Kobylaş və Rusiya Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun həbsinə order verib.

Musavat.com xəbər verir ki, bu barədə məhkəmənin press-relizində məlumat yayılıb.

Sənəddə qeyd olunur ki, hər iki şəxs Ukraynadakı münaqişə kontekstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır.

Musavat.com

05.03.2024 17:48
478