Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəhbər orqanı öz prokuroru Kərim Xana qarş cinsi təcavüz ittihamları ilə bağlı istintaq aparacaq
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, Xana qarşı ittihamlar hələ oktyabr ayında irəli sürülüb, lakin o, ittihamları rədd edib və təhqiqat aparılmasını tələb edib.
Xatırladaq ki, 2023-cü ilin mart ayında Kərim Xan Rusiya prezidenti Vladimir Putin üçün həbs orderi vermişdi. 2024-cü ilin may ayında isə İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və Fələstinin HƏMAS hərəkatının üç lideri — Yəhya Sinvar, Məhəmməd Deif və İsmail Haniyyə üçün həbs orderlərinin verilməsini istəmişdi.