Çin əhalisi getdikcə daha çox yerli brendlərin məhsullarını alır ki, bu da əsas beynəlxalq brendlərin bu ölkədə satışlarını azaldır.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, L’Oréal-ın Çin də daxil olmaqla Şimali Asiyada satışları 2024-cü ilin üçüncü rübündə 6,5 faiz azalıb.
Şirkətin baş direktoru Nikolas Hieronymus regionda satışların aşağı düşməsini “istehlakçı bədbinliyi” ilə əlaqələndirib. Agentliyin özü yazır ki, Çin sakinləri “daha çox qənaətcildirlər” və buna görə də yerli brendləri Qərb brendlərindən üstün tuturlar.
Məsələn, Fransa şirkətindən fərqli olaraq, Çin kosmetika şirkəti Proya Cosmetics Co. üç ay ərzində satışlarda və mənfəətdə 21 faiz artım qeydə alıb. Qərb brendlərinin satışında azalma tendensiyası təkcə gözəllik məhsulları sahəsində müşahidə olunmur. LVMH (Louis Vuitton Moet Hennessy) konqlomeratı Çində pandemiyadan sonra ən pis satış rəqəmlərini açıqlayıb. Çin qəhvə şəbəkələri Luckin Coffee və Cotti Coffee Çində bazar payını itirməyə davam edən Starbucks üzərində qalib gəlir.
Həmçinin geyim pərakəndə satış şirkətləri Nike və Uniqlo, Çin istehlakçılarının daha ucuz yerli alternativlərə üstünlük verdiyi üçün məhsul satışlarında azalma qeydə alırlar. Çinli ekspert Hernan Tsueinin fikrincə, Çinli istehlakçılar “qiymətə daha həssas olublar” və buna görə də “zəif iqtisadi artım mühitində daha yaxşı dəyərli məhsullar axtarırlar”.
Musavat.com