"Fitch" beynəlxalq reytinq agentliyi 2023-cü ildə qlobal ÜDM artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
Musavat.com xəbər verir ki, agentlik ekspertləri bu göstəricinin sentyabrda gözlənilən 2,5 faizdən 2,9 faizə qədər sürətlənəcəyini proqnozlaşdırırlar.
2024-cü il üçün artım isə təxminən 1,9 faizdən 2,1 faizə qaldırılıb.
"Global Economic Outlook"un (GEO) hesabatında deyilir:
"2023-cü ildə qlobal iqtisadiyyat Çində istehlakın normallaşması və ABŞ-da iqtisadi artımın sürətlənməsi sayəsində yaxşı artım dinamikası nümayiş etdirir. Ancaq qəbul edilən son sərt pul siyasəti qərarlarını tam təsiri hələ də hiss olunmaqla, Çində davam edən daşınmaz əmlak tənəzzülü və durğun avrozona iqtisadiyyatı nəzərə alınmaqla, qlobal artımın 2024-cü ildə kəskin şəkildə - 2,1 faizə qədər yavaşlaması gözlənilir".
Agentliyin proqnozuna görə, ABŞ ÜDM-i bu il əvvəllər gözlənilən 2 faizə qarşı 2,4 faiz, Avrozona 0,6 faiz yox, 0,5 faiz artacaq.
Ekspertlər Çin iqtisadiyyatının əvvəlki 4,8 faiz proqnoza qarşı 5,3 faiz, Çin istisna olmaqla inkişaf etməkdə olan bazarların isə 3,4 faiz deyil, 3,6 faiz böyüyəcəyini gözləyirlər.
Agentliyə görə, 2024-cü ildə ABŞ iqtisadiyyatı tənəzzüldən qaçacaq və 1,2 faiz artacaq. Əvvəlki proqnoz 0,3 faiz artım idi. Avrozonanın ÜDM artımı üzrə proqnoz isə 1,1 faizdən 0,7 faizə endirilib.
"Fitch" analitikləri 2024-cü ilin yanvarında Federal Ehtiyat Sisteminin növbəti faiz artımını gözləyir. Bundan sonra FED-in iyul ayına qədər fasilə verəcəyi və gələn ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi azaldacağı gözlənilir.
Agentlik hesab edir ki, Avropa Mərkəzi Bankı aprel ayında faiz dərəcələrini azaltmağa başlayacaq və 2024-cü ilin sonuna qədər 75 faiz bəndi azalacaq. Eyni zamanda Yaponiya Bankı, əksinə, gələn ildən uçot dərəcəsini artırmağa başlayacaq.
Musavat.com