S&P Beynəlxalq Reytinq Agentliyi analitikləri 2025-ci il və sonrakı illər üçün neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıblar.
Onlar bunu gözlənilən tədarük çoxluğu ilə əsaslandırırlar: “Biz 2024-cü il üçün WTI və Brent qiymətləri üzrə proqnozlarımızı müvafiq olaraq 80 və 85 dollar/barel səviyyəsində saxlayaraq, neft qiymətlərini dəstəkləyən OPEC+ hasilatının məhdudlaşdırılması ilə birləşən geosiyasi gərginliyi qeyd edirik”.
Beləliklə, agentliyin hesabatına əsasən 2025-2028-ci illərdə Brent neftinin orta qiyməti 80 dollar(əvvəlki proqnozda 85), WTI neftinin qiyməti isə 75 dollar(80 dollar) olacaq.
Bununla belə, analitiklər hesab edirlər ki, bu il qlobal neft tələbatı daha yavaş artacaq. Eyni zamanda, OPEC+ ölkələrinin hasilatı azaltmalarına baxmayaraq, əsasən Şimali Amerikadan gələn neft həcmləri tədarükün artmasına kömək edəcək.
Agentliyin ekspertləri təbii qazın qiymətləri ilə bağlı növbəti illər üçün proqnozu eyni səviyyədə saxlayıblar.
Musavat.com