Beyləqanda qazi İNTİHAR ETDİ

Vətən müharibəsi qazisi İlkin İsmayılov intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İ. İsmayılov Beyləqan rayonu Kəbirli kəndində yaşadığı evin yardımçı tikilisində özünü asaraq canına qəsd edib. Onun cansız bədənini anası aşkarlayıb.

Qeyd edək ki, İlkin İsmayılov ailəli idi, 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

04.07.2023 15:07
1187