Beyləqanda partlayış olub - Xəsarət alan var

Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib.

Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

28.07.2022 09:55
519