Beyləqanda ər-arvad zəhərləndi - Kişi öldü

Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.

Hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.//Report

17.12.2024 10:14
525