Beyləqanda ata və 8 yaşlı oğlu qəzada öldü

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun sürdüyü “QAZ 33 0210” toqquşub.

Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə olan 8 yaşlı oğlu Rəvan isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır./Qafqazinfo

06.12.2024 11:44
545