Bəyi toy günündə buna görə öldürübmüş - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ortaya çıxdı

Türkiyənin Diyarbəkir vilayətində şadlıq sarayında yaşanan dəhşətli anlar hər kəsi şoka salıb. 

Musavat.com xəbər verir ki, bir nəfər şadlıq sarayına girərək bəyi güllələyib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum olub. 

Belə ki, 26 yaşlı Səlahəddin Aktaş 20 yaşlı Ahmet Erdemi toy günü niyə güllələdiyini etiraf edib. Məlum olub ki, Səlahəddin Aktaş 3 il əvvəl F.A. ilə evlənmək istəyib. Lakin Səlahəddin Aktaş gənc qadından rədd cavabı alıb. Evlilik təklifini rədd edən qadının evləndiyini eşidən Səlahəddin Aktaş belə bir hadisə törətmək qərarına gəlib. 

Hazırda həmin şəxsin məhkəmə prosesi davam edir. 

Qeyd edək ki, sözügedən hadisə 2023-cü il sentyabr ayının 5-də baş verib. 

Musavat.com

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705 (4)

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705 (5)

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705 (3)

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705 (2)

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705 (1)

DUGUN-SALONUNA-GIRERKEN-DAMADA-KURSUN-YA_15705

 

22.02.2024 15:37
1630