Rusiyada, Amur vilayətinin Blaqoveşensk şəhərində bəy öz toyunda həbs olunub. Xüsusi Təyinatlı Çevik Əməliyyat dəstəsi əməkdaşları VVAQ-da nikah mərasimi zamanı bəyi həbs ediblər.
"Amur Mash" "Telegram" kanalı hadisənin baş verdiyi anla bağlı video yayıb.
Kadrlarda bəyin həbsi zamanı gəlinin həyəcanla qışqırması görünür. Xüsusi təyinatlılar mərasimdə iştirak edən qonaqlardan binanı tərk etmələrini tələb ediblər.
29 yaşlı gənc sərhədçinin həyatına sui-qəsd etməkdə şübhəli bilinir. Hadisə bir neçə ay əvvəl baş verib. Bəy sevgilisi ilə şəhərdə gəzərkən Sərhəd Qoşunları Gününü qeyd edən bir qrup sərxoş kişi ilə rastlaşıb. Onların arasında mübahisə düşüb və o, kişilərdən birinin sinəsinə bıçaq saplayıb, sonra gələcək həyat yoldaşı ilə birlikdə hadisə yerindən qaçıb.
Bəyi 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.//Oxu.az