Bəşər Əsədin xanımı ağır xəstəliyə tutuldu

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət başçısının administrasiyası məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ildə Bəşər Əsədin həyat yoldaşı xərçəng xəstəliyinə qalib gəldiyini açıqlamışdı.

Ona xərçəng diaqnozu qoyulması faktı ilk dəfə 2018-ci ilin avqustunda məlum olub.

21.05.2024 14:39
1079