Bərzani sabah Azərbaycana GƏLƏCƏK

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani sabah Azərbaycana səfərə gələcək.

Modern.az xəbər verir ki, bu barədə Kürdüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı ikitərəfli münasibətlər və əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunacaq.

17.07.2023 23:59
1115