“Berqa”nın “Xoş əhval” konsertləri avqust ayında da davam edir

Avqust ayının da həftəsonları “Berqa”nın “Xoş əhval” konsertləri ilə daha əyləncəli, daha maraqlı olacaq. “Berqa” bu həftəsonu da Dənizkənarı Milli Parkda “Park Bulvar”ın qarşısında sizin görüşünüzə gəlir. Növbəti konsert proqramı 10 və 11 avqust tarixində saat 19:30-da baş tutacaq.

“Xoş əhval” adı ilə keçirilən silsilə konsertlərdə tanınmış müğənnilər Nurlan Təhməzli, Xatun, Nadir Qafarzadə və Ayan Babakişiyeva sevilən mahnıları ilə çıxış edəcəklər. Tədbirin aparıcısı isə Kazım Sübhandır.

Bununla yanaşı müxtəlif hədiyyəli müsabiqələr də təşkil olunacaq.

Hər kəsi “Xoş əhval” konsertlərinə dəvət edirik! Gəlin, birlikdə xoş əhval yaşayaq! “Berqa əhvalınızı dəyişdirəcək”!
Konsertlərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Berqa” çayının instaqram səhifəsini izləyə bilərsiniz.

https://www.instagram.com/berqa_tea_/

 

 

08.08.2024 17:20
247