Berlində nəhəng akvarium partladı, küçə bağlandı - VİDEO

Berlində hoteldə nəhəng akvarium partlayıb.

BAKU.WS Xarici mediaya istinadla xəbər verir ki, Berlinin mərkəzində yerləşən "Raddison Blu" hotelində 16 metrlik nəhəng akvarium partlayıb.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Bild nəşrinin məlumatına görə, yerli vaxtla səhər saat 6-da nəhəng akvariumdan su sızmağa başlayıb. Nəticədə çat genişlənib və su təzyiqlə ətrafa dağılıb. Akvariumlu otelin yerləşdiyi Karl-Liebknecht-Ştrasse küçəsi bağlanıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, "Sea Life" akvariumunda 1500 tropik balığın olduğu bildirilir.

16.12.2022 15:53
1759