Bərk döyülməsinə baxmayaraq, ayaqda qaldı - hər kəs heyrətə gəldi

Çinin "Unitree Robotics" robot texnologiyaları şirkəti robotlarının davamlılığını və möhkəmliyini göstərmək üçün ekstremal sınaqların videosunu paylaşıb.

Dərc olunmuş kadrlarda "Unitree Go2" və "B2" modelləri robot itləri güclü xarici təsirlərə məruz qalır: Şirkətin əməkdaşları onları ayaqları ilə itələyir, bütün gücləri ilə ağac çubuqla vururlar və qaldırıb yerə atırlar. Dördayaqlı robotlar isə ön iki ayaqları üzərində tarazlığı qorumağı bacarır və yerə atıldıqdan sonra tez bir zamanda ayağa qalxırlar.

Bundan əlavə, videoda robotların çətin ərazilərdə sınaqdan keçirilməsi və ardıcıl olaraq üç tullanma etmək qabiliyyəti nümayiş etdirilir.

Qeyd edilir ki, bu cür testlər mühəndislərə robotun real şəraitdə gözlənilməz müdaxilələrlə necə başa çıxacağını qiymətləndirməyə kömək edir./oxu.az

23.06.2024 10:58
1458