18 dekabr 1948-ci ildə axşamdan xeyli keçmiş Moskvanı elektrik enerjisi ilə təmin edən stansiyada qəzanın baş verməsi şəhər sakinləri ilə yanaşı, Kreml məmurlarını da təşvişə salıb. Müharibədən sonrakı dövrdə, hələ insanların içində müharibə xofunun qaldığı bir vaxtda, diversiya ehtimallarının çox olduğu bir zamanda bu təşviş anlaşılan olub. Qəza nəticəsində bütün evlər, idarə və müəssisələr, vağzallar, hərbi hissələr və digər yerlərlə yanaşı Kreml də işıqsız qalıb...
Qəza baş verdikdən sonra SSRİ elektrostansiya naziri ( bu nazirliyin adı sonralar bir neçə dəfə dəyişdirilib) Dmitri Jumerin özünü dərhal Moskva Elektrik Təchizatı İdarəsinə (“Mosenerqo”) çatdırıb. İdarənin rəisi Ufayev neft lampası işığı altında qəzanın səbəblərini nazirə anladan zaman dispetçer otağına bir neçə hərbi formada olan silahlı adam daxil olub. Onların arxasınca isə Lavrenti Beriya içəri keçib. Çox əsəbi və qəzəbli görünən Beriya qəzanın səbəbləri ilə maraqlanmadan səsinin tonunu qaldıraraq Jimerinə üz tutub:
Jimerin təmkinini pozmadan cavab verib:
Beriya bu hədə-qorxu dolu ifadələrdən sonra “təcili Kremli enerji ilə təmin edin” əmrini verərək otağı tərk edib.
Mütəxəssislərin 4-5 saat gərgin çalışmalarından sonra şəhərə elektrik enerjisinin verilməsi bərpa olub.
Səhəri gün saat 11 radələrində Jimerin və “Mosenerqo”nun direktoru Ufayevi Beriyanın kabinetinə çağrılıblar.
Beriya Ufayevi sorğu-suala tutub. Bir neçə dəqiqəlik gərgin mübahisədən sonra Beriya iş masasının siyitməsindən tapançasını çıxarıb direktorun üstünə tutub. Bu məqamda Jimerin özünü Ufayevin qarşısına verib:
Jimerin öz xatirələrində həmin hadisəni təfsilatı ilə qələmə alıb:
“Beriya həmişə olduğundan da qəzəbli idi. Ufayevi sorğu-suala tutanda yerində otura bilmirdi. Tez-tez ayağa qalxırdı, yenidən əyləşirdi. Hiss edirdim ki, arada az qala Ufayevin üstünə cummaq istəyir. Amma dşündüyümdən də dəhşətli bir səhnə yarandı. Beriya qəfildən iş masasının siyirtməsindən tapança çıxartdı və onu Ufayevə tuşladı. Mən bir mütəxəssis kimi yaxşı bilirdim ki, Ufayevin heç bir günahı yoxdur. O, mənim tabeliyimdə işləyən ən yaxşı işçilərdən biri idi və onu müdafiə etməyi özümə borc sayırdım. Belə bir məqamda isə müdafiə variantları çox deyildi. Mən Ufayevin qarşısına keçdim və Beriyaya dedim ki, məni vurun. Bu gərgin dəqiqələrdə Beriyanın kabinetində üstündə gerb işarəsi olan hökumət telefonu zəng çaldı. Zəng vuran Stalinin köməkçisi Poskrebışev idi. Onun səsi kabinetdə aydın eşidilirdi. Poskrebışev bizim “NKVD”-də olduğumuzu soruşdu. Beriya bildirdi ki, hər ikimiz onun kabinetindəyik. Poskrebışev Stalinin əmrini Beriyaya çatdırırdı:
Biz “NKVD”dən çıxıb birbaşa Kremlə yollandıq...”
Jimerin və Ufayevin Stalinlə söhbəti iki saatdan artıq davam edib. Stalin qəzanın səbəbləri ilə maraqlanıb. Qəzanın qəsdən törədilməsi variantını dəfələrlə ortaya atıb. Mütəxəssislər onu tam əmin edə biliblər ki, qəza sırf texniki məsələ ilə bağlıdır. Stalin daha sonra Kreml, Moskva Hərbi Dairəsi, aeroport, dəmiryolu vağzalı və Moskvanın mərkəzi poçtu üçün ehtiyat generatorların quraşdırılmasının mümkünlüyünü və buna nə qədər vəsait lazım olduğu ilə maraqlanıb. Jimerin elə görüş əsnasında təxmini smeta çıxarıb.
Bu görüşdən bir ay sonra “Mosenerqo”da ilk olaraq Kremlin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ehtiyat generator quraşdırılıb. Generator tam işlək vəziyyətə gətirildikdən sonra Beriya növbəti dəfə “Mosenerqo”ya təşrif buyurub. Həmin vaxt elektrostansiya naziri Jimerin də orada olub.
Beriya dispetçer otağına keçib, üstünə tapança çəkdiyi Ufayevdən yeni generatorun necə işləməsi ilə maraqlanıb. Ufayev pultdakı qırmızı düyməni ona göstərərək izahat verib:
Bu küt sualı eşidən Jimerin qərara gəlib ki, Beriyanın cavabını özü versin:
Bu görüşdə əhvalı yüksək olan Beriya elektrostansiya nazirinə özünəməxsus cavab verib:
Bu görüşdən sonra SSRİ-nin baş energetiki ilə “NKVD” şefinin arasında münasibətlər yenidən normallaşıb.
Qeyd edək ki, 1906-cı ildə Tulada anadan olan Dmitri Jimerin 1942-1953-cü illərdə SSRİ elektrostansiya naziri vəzifəsində işləyib. O, sonralar uzun illər Krijanovski adına Dövlət Energetika İnstitutunun direktoru vəzifəsini daşıyıb, SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Dmitri Jimerin 1995-ci ildə, 88 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com