Bərdədə yol qəzasında 2 nəfər ölüb

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub.

APA-nın yerli müxbiri xəbər verir ki, qəza zamanı Bərdə rayonunun Seyidyusifli kənd sakinləri - 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.

***

Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

28.02.2024 22:00
570