Bərdədə traktor yanıb, 1 nəfər xəsarət alıb

Bərdə rayonunun Qazaxlar kəndində traktorun kabinası yanıb, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08.10.2023 19:43
414