Bərdədə dəhşətli qəza - ölən var

Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.

Musavat.com-un APA-ya istinadla xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.

Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.

Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.

24.09.2022 23:25
710