Bərdə rayonunda altı azyaşlının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən verilib.
Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş verib.
2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.