Bərdə-Ağdam-Xankəndi yolunun tikintisi bitmək üzrədir və bu yol legitimləşib.
Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
O bildirib ki, yolun açılışı 5 avqust tarixi üçün planlaşdırılsa da, Ermənistanın baş naziri Nikol Paşinyanın geri addım atması səbəbindən baş tutmayıb.
Rauf Arifoğlunun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu sentyabr ayından etibarən açılacaq:
Tanınmış jurnalist onu da vurğulayıb ki, Azərbaycanın qoyduğu şərtə əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi bölməsi rəsmi Bakıya tabe olmalıdır.
Ətraflı videoda:
@@TVmusavat/67598@@