Berbok: Ukrayna məğlub olarsa, növbə Moldovanın olacaq

Ukraynaya dəstək Moldovanın sağ qalmasına zəmanət verir.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın regiona müdaxiləsinin genişləndirilməsi ilə bağlı narahatlığı aradan qaldırmaq üçün keçirilən konfransda deyib.

"Ukraynanı dəstəkləmək üçün etdiyimiz hər şey həm də Moldova ilə bağlı stabilləşmənin dəstəklənməsi deməkdir", - Berbok qeyd edib.

“Burada insanların ən böyük narahatlığının nə olduğu aydındır: Ukrayna məğlub olarsa, növbəti ölkə Moldova olacaq”, - deyə o əlavə edib.//APA

17.09.2024 15:44
456