Benzinlə işləyən avtomobillər sıradan ÇIXIR? - Azərbaycanda kütləvi olaraq BU AVTOMOBİLLƏRDƏN İSTİFADƏ EDƏCƏKLƏR

Son günlər elektromobillərin istifadəsi müzakirə olunan mövzulardandır. Belə avtomobillərin ciddi xəstəliklərə səbəb olduğu deyilir.

Belə ki, bir qrup alim “əbədi kimyəvi maddələr” kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyinin elektromobillərin istehsalı ilə əlaqəli olduğunu ortaya çıxarıblar. Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb. Ətraf mühitdə çətin parçalanan PFAS-ın orqanizmdə xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olduğu bildirilir.

Artıq bütün dünyada elektrobillərə keçid mərhələsinə nəzaər salsaq, bu cür avtomobillərin Azərbaycanda geniş istifadə edilməsi də gözlənilən hadisədir. Hətta, eyni mühərrikdən istifadə edilməklə gələcəkdə taksi və avtobusların işləyəcəyi deyilir.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a ekspertlər şərh verib.


Ekspert İlqar Hüseynov bildirib ki, hibrid avtomobillərin ətraf mühitə vurduğunu ziyandan danışarkən, düşünmür ki, bu dizel mühərrikinin, qazla işləyən mühərriklərin vurduğu ziyandan çox ola bilər: " Hibrid avtomobillərə keçid prosesini müşahidə edirik. Hər hansı elmi-konseptual hesablaması cəmiyyətə təqdim olunmayıb. Hibrid avtomobillərin ətraf mühitə daha çox zərər vurulmasının qənaətinə nədən gəlindiyi bilinmir. Bunun elmi və fiziki əsasları hardandır? Dünya ictiamiyyətindən bununla bağlı fikir yoxdur. Əksinə, elektromobillərə keçidi müşahidə edirik. Azərbaycanda gömrük sistemində elektromobillərə tətbiq olunan rüsumlarla bağlı xeyli güzəştlər tətbiq olunub. Elektromobillərin ətraf mühitə hansı formada zərər vurmağı ilə bağlı fikirləri oxuyuram, amma, hesab edirəm ki, bunun tam əsaslandırılmış nəticələri ortada yoxdur. Sadəcə versiyalardır, fikirlərdir, ehtinallardır".


Nəqliyyat məsələləri üzrə digər ekspert Aslan Əsədov isə deyir ki, hibrid avtomobillərin xərçəng yaratması ilə bağlı iddialar var:

"Belə şaiələr olub və olacaq da. Elektromobilləri istehsal edən dünya brednləridir. Bu şirkətlərin istehsal etdiyi avtomobillər həmişə sınanmış avtomobillərdir. Əslində ənənəvi yanacaqla işləyən avtomobilin ətraf mühitə ziyanı azdırmı? Kim deyə bilər azdır? Belə fikirləri dedi- qodu adlandıdırıram. Hibrid avtomobillər rentgen şuaları ilə qeydiyyatdan keçib yoxlanılır. Benzinlə işləyən avtomobillərin problemləri olsa da belə, bunları həll etməyin yolları da asandır. Benzinlə işləyən maşın ustaları məsələn 50 manata işləyir, amma, dizellə işləyən maşının ustası əl haqqı kimi 100 manat istəyir. Bir söz deyəndə də deyirlər ki, başqa usta tanıyırsansa, get onun yanına".

Ekspert deyir ki, belə avtomobillərin hissələri yoxdur və ya bahadır: "Azərbaycan əhalisi gəzməyi, yeməyi- içməyi xoşlayır. Tətil vaxtı olan kimi istəyirik gəzək. Bu da avtomobilin ehtiyat hissələrinə təsir edir. Nə qədər elektromobillərin ehtiyat hissələri bahadır və ya xidmət səviyyəsi sıfırdır, bu avtomobillərin istifadəsi də çətinləşəcək. Məsələn, 70 minlik avtomobil alıb sürə bilməyəsən. Yaxud da hansısa hissəsi olmasın, usta da tapılmasın. Bu məsələlər həllini tapandan sonra insanlar Azərbaycanda bu tipli maşınlardan kütləvi istifadə edəcəklər".

31.07.2024 20:09
2440