Beniamin Matevosyan: “BMT-də Ermənistan diplomatiyası heç nəyə nail ola bilmədi”  

 

“BMT Təhlükəsizlik Şurası Laçın dəhlizinin blokadasını aradan qaldırmağa kömək etmədi və bu hadisədən fərqli nəticə gözləmək özünü aldatmaq idi”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevovsyan öz “Telegram” kanalında yazır.

Matevosyan son BMT Təhlükəsizlik Şurası toplantısının Ermənistan üçün əsl fiasko sayıb və bunu aşağıdakı bəndlərdə göstərib.

  1. Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı minimal ifadələrin belə olmaması;
  2. Qarabağ məsələsinə “Azərbaycanın ərazi bütövlüyü” çərçivəsində baxılması;
  3. Laçın dəhlizi ətrafında yaranan vəziyyətə görə Azərbaycanı töhmət və ya qınaq altında tuta biləcək bir cümləyə rast gəlinməməsi;
  4. Türkiyə nümayəndəsi tərəfindən Azərbaycanın mövqelərinə tam dəstək verilməsi (halbuki Paşinyanı hər vəchlə Ermənistan cəmiyyətini “Türkiyə Azərbaycan deyil” deyə inandırmağa çalışırdı);
  5. Ağdam yolunun Laçın dəhlizi ilə bərabər istifadə edilməsi ilə bağlı çağırışların artması.

Nəticədə Təhlükəsizlik Şurası dəhlizin blokadasının qaldırılmasına kömək etmədi”,-deyə o, yekunda qeyd edib.

Musavat.com

17.08.2023 21:45
931